EN

FHN-in Gəncə Regional Mərkəzinə yeni rəis təyin edildi

  Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinə yeni rəis təyin edilib.

Referans APA-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polkovnik Rövşən Nəbiyev Gəncə Regional Mərkəzinin rəisi təyin olunub. Qeyd edək ki, ötən ay FHN-nin Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov vəzifəsindən azad olunaraq, Bakı Regional Mərkəzinin rəisi təyin edilib.  

Chosen
11
17
referans.az

10Sources