“ABŞ-ın Los-Anceles, Çikaqo və Nyu-York kimi böyük şəhərlərində qeyri-qanuni miqrantların saxlanılması və deportasiyası istiqamətində səylərin genişləndirilməsi lazımdır.”
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“Truth” hesabında mövzuya toxunan Tramp ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) çox vacib bir missiyanı, qeyri-qanuni əcnəbilərin ən böyük kütləvi deportasiyasını həyata keçirməkdə inanılmaz güc, qətiyyət və cəsarət göstərdiklərini yazıb.