17:49 16.06.2025
17:49 16.06.2025
Gəncədə qaz partlayıb, qadın yanıq xəsarəti alıb.
Mynews.az "Unikal"a istinadən məlumatına görə, hadisə rayonun ərazisində baş verib. Şəhər sakini, 1989-cu il təvəllüdlü G.Əsgərova üz nahiyəsinin yanığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, qadın yaşadığı evin vanna otağında qazla çalışan qızdırıcını yandıran zaman ehtiyatsızlıqdan partlayış olub. Nəticədə o, yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.