EN

İranda MOSSAD agentlərinin ovu başladı - Tehranın mərkəzində MOSSAD-ın üç mərtəbəli dron emalatxanası aşkarlandı


İran təhlükəsizlik qüvvələri paytaxt Tehranda İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-a məxsus pilotsuz uçan aparatı istehsalı sexi aşkarlayıb.

Dövlət televiziyası tərəfindən yayımlanan aşkar edilmiş emalatxananın görüntülərində Tehranın cənubundakı Rey rayonundakı üç mərtəbəli obyektə basqın zamanı çoxlu sayda pilotsuz təyyarənin hissələri və partlayıcılar aşkarlanıb. MOSSAD-ın iki agenti də həbs edilib.

Təhlükəsizlik qüvvələrinin ölkənin müxtəlif bölgələrində əlavə pilotsuz təyyarə istehsalı sexləri ola biləcəyi və onları aşkar etməyə çalışdığı bildirilib.

Bundan başqa, Tehranda yollarda nəzarət-buraxılış məntəqələri qurulub və şübhəli avtomobillərdə axtarış aparılır.

Xatırladaq ki, İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlar həyata keçirib. Hücumların bəziləri mini kamikadze pilotsuz uçuş aparatları ilə həyata keçirilir.

Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub, mülki itkilərin ümumi sayı isə 224 olaraq açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 14 nəfərin öldüyü, 400-dən çox insanın yaralandığı bildirilib.

TAHİR

Chosen
19
baki-xeber.com

1Sources