EN

Bağırov qardaşlarının “Soliton LTD” şirkəti cərimələndi

Hurriyyet saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Əhali ilə aparılan nağd hesablaşmalarda pozuntuya yol verən “SOLİTON LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub

Məlumata görə, cərimə Operativ vergi nəzarəti çərçivəsində Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə tərtib edilən AKT-a əsasən müəyyənləşdirilib.

Qeyd edək ki, “Soliton LTD” MMC-nin qanuni təmsilçisi Müseyib Bağırov Abbas oğludur. Şirkətin nizamnamə kapitalı 9000 manatdır.

Məlumat üçün bildirək ki, “Neptun” marketlər şəbəkəsinin və “Soliton Group”un rəsmi sahibi Müseyib Bağırov, onun qardaşları Sahib və Rahib Bağırovlarla birgədir.

32gun.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
4
hurriyyet.az

5Sources