“Barselona”nın və Braziliya yığmasının sabiq müdafiəçisi Dani Alves keçmiş həyat yoldaşı Dinora Santanaya qarşı aliment ödəmələri ilə bağlı məhkəmədə qalib gəlib .
Publika.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Qadın keçmiş futbolçunun 2012-ci ildə bağlanmış aliment müqaviləsini yerinə yetirmədiyini iddia edərək onu məhkəməyə verib.
Barselona məhkəməsi Alveşin bütün öhdəlikləri tam yerinə yetirdiyini hesab edib.