EN

Luis Dias toydan əvvəl dişlərinə brilyant düzdürdü FOTO

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Liverpul"un və Kolumbiya yığmasının hücumçusu Luis Dias toyu ərəfəsində dişlərini brilyantlarla bəzəyib.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Nacion" yayıb.

28 yaşlı futbolçu Kolumbiyanın Barranquilla şəhərində baş tutan mərasimdə dişlərindəki brilyant taxmalarla görünüb.

Diasın 19 yaşından birlikdə olduğu Ceraldin Pons ilə artıq iki övladı var və futbolçu ona 2023-cü ilin iyununda evlilik təklifi edib.

Toy mərasimdə iştirak edən qonaqlar arasında Diasın Kolumbiya millisindəki komanda yoldaşları Xuan Kuadrado, Daniel Munyos və Yerri Mina, həmçinin "Liverpul"dan keçmiş komanda yoldaşı Fabinyo və həyat yoldaşı da olub.

Dias ötən mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. 

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
fanat.az

2Sources