EN

Ankara liseylərinin şagirdlərinə TDT nin fəaliyyət prinsipləri barədə məlumat verilir

ain.az, Azertag saytına istinadən bildirir.

Ankara, 16 iyun, AZƏRTAC

İyunun 16-da Ankarada “Türk Dövlətləri Təşkilatının fəaliyyətlərinin modelləşdirilməsi” adlı üçgünlük seminar öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Hacı Bayram Veli Universitetinin rektorluğu və Hasan Ali Yücel adına Sosial Elmlər Liseyinin rəhbərliyinin birgə təşkil etdiyi tədbirin məqsədi Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyəti və strukturu haqqında Türkiyə vətəndaşlarının gənc nəslini məlumatlandırmaqdır.

Hacı Bayram Veli Universitetinin prorektoru Metin Orbay geosiyasi dəyişikliklər fonunda türk dövlətlərinin artan əhəmiyyətinə diqqət çəkərək Türk dünyasını birliyə çağırıb.

Onun sözlərinə görə, dövrümüzün böhranları və çağırışları fonunda türk dövlətləri arasında əməkdaşlıq və yaxınlaşmanın əhəmiyyəti hər zaman olduğundan daha yüksəkdir.

Təqribən 550 şagirdin iştirak etdiyi tədbir çərçivəsində Türk dünyasının gündəmində olan aktual məsələlərin müzakirə olunacağı 12 müxtəlif “komissiya”nın yaradılması planlaşdırılır.

Eyni zamanda, mütəxəssislər və ekspertlər tərəfindən paytaxt liseylərinin şagirdlərinə TDT-nin strukturu və prinsipləri barədə məlumat verilir. Seminarda ən çox fərqlənən iştirakçıların mükafatlandırılması da nəzərdə tutulub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
azertag.az

1Sources