"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen "Qalatasaray"ın təklifini qəbul etməyib.

Offsideplus.az xəbər verir ki, almaniyalı çərçivə qoruyucusu katalon klubundan ayrılmağı düşünmür.

Bu barədə İspaniyanın "SPORT" nəşri məlumat yayıb.

Ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir. O, "blauqrana"nın kapitanıdır.

Almaniyalı qapıçının İspaniya nəhəngi ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.