EN

Ərdoğan: Türkiyə İran-İsrail münaqişəsində vasitəçiliyə hazırdır

BAKI, 16 iyun. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı zamanı bildirib ki, Ankara İran ilə İsrail arasında münaqişənin tez bir zamanda dayandırılması üçün vasitəçilik etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.

Chosen
3
50
teleqraf.com

10Sources