Türkiyə İranla İsrail arasında münaqişəni dayandırmaq üçün diplomatik səylər göstərir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Cümə günündən bəri həm şəxsən, həm də xarici işlər nazirimiz qarşıdurmaları dayandırmaq üçün sıx diplomatik hərəkətlər həyata keçiririk”.
O qeyd edib ki, Türkiyə vasitəçilik də daxil olmaqla, lazım olan hər addımı atmağa hazırdır.