EN

İsrail Ordusu İranın raket sistemlərinin 1/3-ni sıradan çıxarıb

İsrail Ordusu indiyədək İranın Hərbi Hava Qüvvələrinə məxsus raket sistemlərinin 1/3 hissəsini sıradan çıxarıb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin məlumatında bildirilib.

Qeyd olunub ki, ötən axşamkı əməliyyatlar nəticəsində 20 ədəd “Yer – Yer” tipli raket sistemi zərərsizləşdirilib, əməliyyatlar başlayan gündən sıradan çıxarılan sistemlərin sayı isə 120-yə çatıb.

Eyni zamanda, İsfahan əyalətində 100-dən çox hərbi obyektə zərbələr endirilib:

“İndiki dövrədək təqribən 50 ədəd qırıcı tərəfindən raketlərin saxlanıldığı yerlər, eləcə də buraxılması üçün hazır vəziyyətə gətirilmiş 20 ədəd raketin mövqeyi müəyyənləşdirilərək, məhv edilib”.

AzPost.az

Chosen
20
5
azpost.info

6Sources