EN

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bu ilin əvvəlində dünyanın ən zəngin insanları arasında maraqlı bir sorğu keçirilib. Sorğunun məqsədi milyarderlərin həyatlarında imtina edə bilmədikləri tək dəbdəbəli əşyanın nə olduğunu müəyyənləşdirmək olub. Nəticədə dünyanın müxtəlif ölkələrindən olan 40 milyarderin cavabları toplanıb və təhlil edilib.

Valyuta.az sorğunun nəticələrini təqdim edir:

Sorğunun nəticələrinə əsasən, milyarderlərin böyük hissəsi üçün ən vacib və vazkeçilməz dəbdəbə şəxsi təyyarə olub. Belə ki, iştirakçılardan 12-si özəl təyyarəni ilk sırada göstərib. Bu, digər cavablarla müqayisədə açıq fərqlə üstünlük təşkil edir. Milyarderlər bu seçimi əsasən zamanın dəyəri və işgüzar səfərlərdə rahatlıqla izah ediblər. Onların fikrincə, kommersiya reysləri ilə müqayisədə özəl təyyarə ilə səyahət həm vaxt, həm də qərarvermə sürəti baxımından üstünlük yaradır.

Sorğuda özəl təyyarədən sonra ən çox qeyd olunan əşyalar mobil telefon, lüks avtomobillər, ikinci yaşayış yerləri və kondisioner olub. Bəzi milyarderlər isə daha şəxsi və emosional cavablar veriblər. Məsələn, "Koch, Inc."in rəhbəri Çarlz Kox 57 illik həyat yoldaşı Lizin adını çəkib. Digər iştirakçılardan biri isə “məxfilik” cavabını yazaraq, özəl həyatın qorunmasının onun üçün əvəzolunmaz olduğunu bildirib.

Nəticələr göstərir ki, milyarderlər üçün dəbdəbə yalnız bahalı əşyalar deyil, eyni zamanda funksionallıq və şəxsi azadlıqla da sıx bağlıdır. Xüsusilə, tez-tez səyahət edən və müxtəlif ölkələrdə biznes maraqları olan şəxslər üçün özəl təyyarə bir növ gündəlik iş alətinə çevrilib. Onlar üçün bu, sadəcə bir nəqliyyat vasitəsi deyil, vaxt idarəçiliyini və səmərəliliyi təmin edən əsas vasitədir.

Sərvanə Rəmixanova

Chosen
54
50
valyuta.az

10Sources