Xərçəngin çarəsini tapan həkimin meyiti tapılıb.
Tribunainfo.az xəbər verir ki,Türkiyənin Eskişehir şəhərində “xərçəngin çarəsini tapdım” deyən və paylaşımında təhdidlər aldığını bildirən 58 yaşlı təqaüddə olan həkim Mustafa Savan Günayın evindən meyiti aşkarlanıb.
Hadisə Eskişehir şəhərinin Hoşnudiye məhəlləsində baş verib. Ondan 3 gündür xəbər ala bilməyən dostu vəziyyəti evin təmizlik işçisinə bildirib. Evin qapısı açılmadığı üçün polisə məlumat verilib. Polis çilingirlə birlikdə mənzilə daxil olub və Günayı yatağında hərəkətsiz vəziyyətdə aşkarlayıb. Təcili tibbi yardım onun həyatını itirdiyini təsdiqləyib. Meyit müayinə üçün morqa aparılıb. Onun ölüm səbəbi araşdırılır.
Mustafa Savan Günay sosial mediada paylaşdığı fikirlərlə diqqət çəkmişdi. O, “25 ildir xərçəng xəstəliyinin səbəbini araşdırıram. Artıq problemin 75 faizini həll etmişəm. Ömrüm çatsa, xərçəngin bütün növlərini birdəfəlik bitirəcəyəm” demişdi.