AZ

Xərçəngin çarəsini tapan həkimin meyiti TAPILDI FOTO

Sfera.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin Eskişehir şəhərində "xərçəngin çarəsini tapdım" deyən və paylaşımında təhdidlər aldığını bildirən 58 yaşlı təqaüddə olan həkim Mustafa Savan Günayın evindən meyiti aşkarlanıb.

Sfera.az xəbər verir ki, hadisə Eskişehir şəhərinin Hoşnudiye məhəlləsində baş verib. 

Ondan 3 gündür xəbər ala bilməyən dostu vəziyyəti evin təmizlik işçisinə bildirib. Evin qapısı açılmadığı üçün polisə məlumat verilib.

 

Polis çilingərlə birlikdə mənzilə daxil olub və Günayı yatağında hərəkətsiz vəziyyətdə aşkarlayıb. Təcili tibbi yardım onun həyatını itirdiyini təsdiqləyib. Meyit müayinə üçün morqa aparılıb. Onun ölüm səbəbi araşdırılır.

Mustafa Savan Günay sosial mediada paylaşdığı fikirlərlə diqqət çəkmişdi. O, "25 ildir xərçəng xəstəliyinin səbəbini araşdırıram. Artıq problemin 75 faizini həll etmişəm. Ömrüm çatsa, xərçəngin bütün növlərini birdəfəlik bitirəcəyəm" demişdi.

Paylaşımında bəzi dairələrdən təhdidlər aldığını da yazan Günay "Mən heç kimdən qorxmadım, qorxmayacağam. Üzərimə kim gəlsə, qarşılığını alacaq" ifadələrindən istifadə etmişdi. Onun müəmmalı ölümü ilə bağlı polis istintaqa başlayıb./Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
16
sfera.az

10Mənbələr