EN

İsrail hava yolları şirkəti bu tarixə kimi bütün hava reyslərini təxirə salıb

Bakı. Trend:

İsrailin “Israir” hava yolları şirkəti i iyunun 30-dəkTəl-Əvivdən və Təl-Əvivə bütün uçuşları ləğv etdiyini elan edib.Səbəb – ölkənin hava məkanının növbəti bildirişə qədər bağlıqalmasıdır.

Trend bu barədəİsrail KİV-lərinə istinadən xəbər verir.

Aviaşirkət xarici ölkələrdə əlacsız vəziyyətdə qalmış və vətənədönə bilməyən israillilərin ölkəyə gətirilməsi üçün hazırlıqlarabaşladığını açıqlayıb.

“Israir”in baş direktoru Uri Sirkis qeyd edib ki, xaricdəyaşayan İsrail vətəndaşlarının geri qaytarılması əməliyyatıhəftənin sonuna doğru və ya gələn həftənin əvvəlinə qədər başlayabilər.

“Biz hələ də düşməni, onun davranış modellərini və təhdidlərintəkrarlanan xarakterini araşdırırıq”, -deyə o bildirib.

Sirkisin sözlərinə görə, uçuşlar yalnız ölkəyə dönmək istəyənisraillilər üçün təşkil olunacaq və bu mərhələdə ölkədən çıxışaicazə verilməyəcək – istər israillilər, istərsə də digərsərnişinlər üçün.

Məqalədə:
Chosen
15
az.trend.az

1Sources