İsrail İrana ehtimala görə ABŞ-dən alınan silahlarla hücum edib.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bazar ertəsi keçirdiyi brifinqdə bildirib.
O həmçinin vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası təşkilatın Nizamnaməsinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirməli və İsrailin hərəkətlərini pisləməlidir, İrana qarşı təcavüzü dayandırmaq üçün tədbirlər görülməlidir.
Məlumat yenilənir