AZ

İsmail Bəqai: İsrail ABŞ-dən alınan silahlarla İrana hücum etdi

İsrail İrana ehtimala görə ABŞ-dən alınan silahlarla hücum edib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bazar ertəsi keçirdiyi brifinqdə bildirib.

O həmçinin vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası təşkilatın Nizamnaməsinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirməli və İsrailin hərəkətlərini pisləməlidir, İrana qarşı təcavüzü dayandırmaq üçün tədbirlər görülməlidir.

İ.Bəqai qeyd edib ki, İranı təmkinli olmağa çağıran bəyanatlar riyakarlıq və məsuliyyətsizlikdən başqa bir şey deyil.

Onun sözlərinə görə, İsrailin İrana qarşı hücumları beynəlxalq hüququn bütün normalarının pozulmasıdır.

İ.Bəqai əlavə edib ki, İran İsrail hücumlarına qarşı müqavimət göstərməyə davam edəcək.

Seçilən
1
5
konkret.az

7Mənbələr