Böyük Britaniyada agentliyin tarixində ilk dəfə olaraq MI6 Gizli Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə qadın təyin edilib. Bu təyinat Britaniya hökumətinin baş naziri Kir Starmerin ofisinin press-relizində deyilir.
"Müqəddəs Mixail və Pavel ordenli cəngavər komandiri Blez Metreveli təşkilatın 18-ci rəhbəri və bu vəzifədə olan ilk qadın olacaq", - hökumətin bəyanatında deyilir.
Britaniyanın “The Guardian” qəzetinin yazdığına görə, 47 yaşlı Metreveli hazırda texnologiya və innovasiyalardan məsul olan Mİ6 bölməsi olan Q departamentinə rəhbərlik edir. O, karyerası ərzində həm Mİ6-da, həm də Mİ5-in daxili təhlükəsizlik xidmətində yüksək rəhbər vəzifələrdə çalışıb. Kembric Universitetində Metreveli sosial antropologiyanı öyrənib və sonra xidmətinin çox hissəsini Yaxın Şərq və Avropada əməliyyat missiyalarına sərf edib.
"Mİ6 Britaniya xalqının təhlükəsizliyinin təmin edilməsində və Böyük Britaniyanın xaricdə maraqlarının təşviqində əsas rol oynayır. Mİ6-nın cəsarətli zabitləri və agentləri və beynəlxalq tərəfdaşlarımızla birlikdə bu işi davam etdirməyi səbirsizliklə gözləyirəm", - Metriveli təyinatını şərh edib. Ənənəyə görə, MI6 rəhbəri sadəcə "C" adlanır — İngiliscə chief (rəis) üçün qısaldılmışdır. O, adı rəsmi olaraq ictimaiyyətə məlum olan agentliyin yeganə əməkdaşıdır.
Almaz Həsənli