EN

Pənah Hüseyn partiya sədrliyindən getdi: AXP sədri səlahiyyətləri Qiyas Sadıqova verildi

Musavat.com xəbər verir ki, Azərbaycanın sabiq baş naziri, tanınmış ictimai-siyasi xadim Pənah Hüseyn rəhbəri olduğu Azərbaycan Xalq Partiyasının (AXP) sədr səlahiyyətlərini başqa şəxsə həvalə edib.

Pənah Hüseyn bu barədə imzaladığı sərəncamı sosial şəbəkədə yayımlayıb. Sərəncamda qeyd olunur ki, AXP Nizamnaməsinin 7.1.4.2-ci maddəsinə əsasən, sədr səlahiyyətlərinin icrası bu qərarın elan olunduğu tarixdən etibarən partiya sədrinin müavini Qiyas Böyükağa oğlu Sadıqova verilir.

Qeyd edək ki, Qiyas Sadıqov Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə mühüm vəzifələrdə çalışmış, Azərbaycan Xalq Partiyasının qurucu üzvlərindən biri olmuşdur. O, partiyanın rəhbərliyində uzun illərdir təmsil olunur və təşkilat daxilində nüfuzlu simalardan hesab edilir.

Musavat.com

 

Chosen
20
2
musavat.com

2Sources