Azərbaycanın sabiq baş naziri, tanınmış siyasi xadim Pənah Hüseyn rəhbəri olduğu Azərbaycan Xalq Partiyasının sədr səlahiyyətlərini partiya rəhbərliyində uzun illər təmsil olunan Qiyas Sadıqova həvalə edib.
Bizim.Media xəbər verir ki, Pənah Hüseyn bu barədə imzaladığı sərəncamı sosial şəbəkədə yayımlayıb.
Sənəddə qeyd olunur ki, AXP Nizamnaməsinin 7.1.4.2-ci maddəsinə əsasən, sədr səlahiyyətləri bu gündən etibarən partiya sədrinin müavini Qiyas Sadıqova verilir.
Qiyas Sadıqov AXC hakimiyyəti dövründə mühüm vəzifələrdə çalışıb, AXP-nin qurucu üzvlərindən biri hesab olunur. (Musavat.com)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta