"Qarabağ"ın yeni müqavilə imzalamadığı Patrik Andrade Azərbaycandan daha bir təklif alıb.
32 yaşlı yarımmüdafiəçiyə budəfə "Araz-Naxçıvan" dəvət göndərib.
Tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq Müxtar Respublika klubu afrikalı legionerlə 1+1 illik müqavilə bağlamağa hazırdır.
Onlar bu keçid üçün aylıq 30 min dollar maaşı gözdən çıxarıblar.
2020-2022-ci illərdə "Qarabağ"da çıxış edən Patriku 2023-cü ilin yayında "Partizan"dan geri qayıdıb. Kabo-Verdeli yarımümdafiəçi başa çatan mövsümdə 39 oyuna çıxıb, 3 qol vurub, 2 qol ötürməsi edib.
"Araz" öncəki günlərdə 2 transfer çalışmasını bitirib. İsrailli hücumameyilli yarımmüdafiəçi Bar Cohen və fransalı cinah yarımmüdafiəçisi Şarl Boli ilə anlaşma əldə olunub.
SPORTİNFO.AZ