EN

Bu il 70 min nəfər müəllim işləmək üçün müraciət edib

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“2025-ci il üzrə müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı qeydiyyat prosesi artıq yekunlaşıb. Bu il rekord sayda – 70 minə yaxın namizəd sistemə müraciət edib”.

AzPost bildirir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə bildirib.

O qeyd edib ki, bu göstərici müəllim peşəsinə olan marağın və cəmiyyət arasında bu sahənin nüfuzunun artmasının bariz ifadəsidir:

“İmtahanın test mərhələsinin iyulun ilk 15 günlüyündə təşkili nəzərdə tutulur. Dəqiq tarixlər və təşkilati məsələlərlə bağlı əlavə məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
14
azpost.info

10Sources