AZ

Müəllimlərin işə qəbulu üzrə rekord sayda müraciət olub

2025-ci il üzrə müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı qeydiyyat prosesi artıq yekunlaşıb. Bu il rekord sayda - 70 minə yaxın namizəd sistemə müraciət edib".

Bizim.Media "Azərbaycan müəllimi" qəzetinə istinadla xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə bildirib.

O qeyd edib ki, bu göstərici müəllim peşəsinə olan marağın və cəmiyyət arasında bu sahənin nüfuzunun artmasının bariz ifadəsidir:

"İmtahanın test mərhələsinin iyulun ilk 15 günlüyündə təşkili nəzərdə tutulur. Dəqiq tarixlər və təşkilati məsələlərlə bağlı əlavə məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq".

Bizim.Media

Seçilən
8
2
bizim.media

3Mənbələr