EN

Hamının diqqəti Yaxın Şərqdədir, amma Rusiya... - Zelenski

Rusiya ordusu Ukraynanın enerji sisteminə hücum planlaşdırır. Yaxın Şərqdəki vəziyyətə diqqət yetirildiyi üçün hücum indi daha az diqqət çəkə bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Müvafiq məlumatlar partnyor kəşfiyyat xidmətlərimizdə var. Xüsusilə Ukraynadakı nüvə generasiya infrastrukturumuza Rusiyanın təhlükəsi ilə bağlı məlumatlar Ukraynanın energetika naziri tərəfindən MAQATE-yə və cənab Uitkoffa ötürülüb. Ukraynanın müdafiə naziri məlumatı ABŞ-dakı həmkarına çatdırıb",- o bildirib.

Prezidentin sözlərinə görə, Putinin ABŞ-a verdiyi bütün vədlərə baxmayaraq, Rusiya enerji şəbəkəsi də daxil olmaqla, mülki hədəflərə zərbələr endirməkdə davam edir.

Chosen
21
4
axar.az

5Sources