AZ

Hamının diqqəti Yaxın Şərqdədir, amma Rusiya... Zelenski

ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Rusiya ordusu Ukraynanın enerji sisteminə hücum planlaşdırır. Bütün nəzərlər Yaxın Şərqdəki vəziyyətə yetirildiyi üçün bu hücum indi daha az diqqət çəkə bilər.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Müvafiq məlumatlar partnyor kəşfiyyat xidmətlərimizdə var. Xüsusilə Ukraynadakı nüvə generasiya infrastrukturumuza Rusiyanın təhlükəsi ilə bağlı məlumatlar Ukraynanın energetika naziri tərəfindən MAQATE-yə və cənab Uitkoffa ötürülüb. Ukraynanın müdafiə naziri məlumatı ABŞ-dakı həmkarına çatdırıb", - o bildirib.

Prezidentin sözlərinə görə, Putinin ABŞ-a verdiyi bütün vədlərə baxmayaraq, enerji şəbəkəsi də daxil olmaqla, Rusiya mülki hədəflərə zərbələr endirməkdə davam edir.

Axar.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
4
hurriyyet.az

5Mənbələr