EN

Yeni kürd dövləti planı: İranda rejim devrilərsə, nə baş verəcək? 

“İran qüvvədə olan öz Təhlükəsizlik doktirinasında Azərbaycan Respublikasını özünün təhlükəsizliyi üçün təhdid kimi qeyd edib. Həmçinin Zəngəzur dəhlizinə mane olaraq, Araz çayı boyunca təlimlər keçirərək, ölkəmizi  açıq hərbi təhdid edirdi. Hətta prezident İlham Əliyev Araz çayı sahilində qeyri-bərabər döyüşə hazır olduğunu da bəyan etmişdi”
Bunu Moderator.az-a açıqlamasında Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, İran Azərbaycanın müstəqilliyini qəbul etmir və İran torpağı kimi daima prezident səviyyəsində açıq bəyan edilib:
“İranın nüvə silahı əldə etməsi, regional təhlükəsizliyi təhdid edir. Bu, Azərbaycan daxil olmaqla regionun  təhlükəsizliyini ciddi şəkildə təhdidi deməkdir. İran 30 ildir ki, Azərbaycana qarşı hibrid müharibə aparır. İki il bundan əvvəl, İranla müharibə vəziyyətinə gəlmişdik.  İran prezidenti M. Pezeşkianın Azərbaycana səfərinə baxmayaraq SEPAH nəzarətində olan media anti-Azərbaycan siyasətini  davam edirdi. Bundan əlavə, SEPAH Azərbaycanda etnik separatizmə dəstək verərək müxtəlif konfranslar təşkil edir. 
Bəli, İran Azərbaycana ciddi problemlər yaradan ölkədir. İranın zəifləməsi Azərbaycanın təhlükəsizlik maraqlarına cavab verir. Bu ölkənin İsrail tərəfindən vurulması əlavə suallar yaradır və region üçün təhlükəli bir prosesə daxil olur. Çünki, İsrail regionda dini ideoloji işğal siyasəti aparır. Regionda yeni kürd dövlətinin qurulması üçün strateji planı var. Bu plan Türkiyə qarşı yönəlib, həmçinin Cənubi Azərbaycanın Urmiya əraziləri yaradılacaq Kürd dövlətinin ərazisi kimi qəbul edilir. 
ABŞ və İsrail İranda Bəlluclardan və kurdlerdən silahlı dəstələr yaratmağa başlayır. Amma, Azərbaycanlılar yada düşmür. Çünki, 40 milyon Azərbaycan türk faktorunda Türkiyə və Azərbaycan var. Yəni, İran parçalanarsa, ABŞ və İsrail azərbaycanlıları deyil, həmin əraziləri kürdlərə verəcək. İranda teokratik rejim devrilərsə, İraqda olduğu sistem qurulacaq”.
Chosen
20
moderator.az

1Sources