EN

İranda kamikadze PUA ların hazırlandığı emalatxana aşkarlanıb

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın Rey şəhərində İsrail kəşfiyyat agentliyinin Mossadın kamikadze PUA və kustar üsulla bomba hazırladığı emalatxana aşkar edilib.

APA xəbər verir ki, bu haqda şəhərin polis rəisi polkovnik Hüseyn Mafi bildirib.

“Şəhərdəki mənzillərdən biri giriş və çıxışlarla bağlı şübhə doğurub. Kəşfiyyat qrupları və polis bölmələri dərhal əməliyyata başlayıb. Əməliyyat zamanı bu mənzildə xeyli sayda pilotsuz uçuş aparatı, kamikadze PUA-ların istehsalı üçün avadanlıq, bomba düzəltmək üçün avadanlıq və digər əşyalar aşkar edilərək götürülüb”, - o deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
3
apa.az

4Sources