EN

Gürcüstanın xarici ticarət dövriyyəsi 13,3 faiz artıb

Bakı. Trend:

Cari ilin yanvar-may ayları ərzində Gürcüstanın xarici ticarətdövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz artaraq9,8 milyard dollar təşkil edib.

Trend xəbər verir ki, bubarədə Gürcüstan Milli Statistika Xidmətinin saytında dərc olunanhesabatda deyilir.

Bildirilir ki, hesabat dövründə ölkəyə 7,2 milyard dollardəyərində məhsul idxal edilib ki, bu da 2024-cü ilin yanvar-mayaylarının göstəricisindən təxminən 13 faiz çoxdur.

İxracın həcmi 2,6 milyard dollar təşkil edib ki, bu da 2024-cüilin beş ayı ilə müqayisədə 14,6 faiz artım deməkdir.

Gürcüstanın bu dövrdə mənfi ticarət saldosu 4,6 milyard dollartəşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 11,8 faizçoxdur.

Chosen
18
4
az.trend.az

5Sources