EN

Reydə İsrailin dron sexi aşkarlanıb

İranın Rey şəhərində evlərin birində dron sexi aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə şəhər polisinin rəisi Hüseyn Mafi hadisə yerindən IRINN-in canlı yayımında bildirib.

“İnsanlardan bir evdə şübhəli şəxslərin hərəkət etdiyinə dair məlumat aldıq. Dərhal kəşfiyyat və hüquq-mühafizə qüvvələri evə daxil olaraq çoxlu sayda dron, kamikadze pilotsuz uçan aparat və evdə hazırlanmış bomba aşkar edərək müsadirə etdilər”, – polis rəisi açıqlayıb.

Onun sözlərinə görə, aşkar edilmiş partlayıcı maddələrin çəkisi 200 kq-dən çox olub. O həmçinin 30-a yaxın pər, 33 buraxılış qurğusu və bir çox kamikadze dron avadanlığının aşkarlandığını vurğulayıb.

Chosen
35
8
report.az

9Sources