EN

“Real”ı tərk edə bilər – Yeni transferə görə

Argentinalı yarımmüdafiəçi Franko Mastantuono bu həftə “River Pleyt”dən “Real”a keçib. 17 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb və anlaşmanın dəyəri 60 milyon avrodan çox olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu transfer Rodriqonun “Real”da qalmaq şansını azaldıb.

Hücum xəttindəki yüksək rəqabət səbəbindən 24 yaşlı cinah oyunçusu bu yay komandanı tərk edə bilər.

Rodriqonun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimidir. İngiltərə çempionatının bir neçə top klubu braziliyalı futbolçu ilə maraqlanır.

Chosen
20
sportinfo.az

1Sources