EN

Prokurordan intizamsız sürücüyə tövsiyə: maşını dəyiş

Bu günlərdə Belçikada maraqlı bir məhkəmə prosesi keçirilib.

Avtosfer.az xəbər verir ki, 90 km/saat sürət limiti olan yolda 170 km/saat sürətlə hərəkət edən BMW sürücüsü hakim qarşısına çıxarlıb. Məlum olub ki, vəsiqəni 5 ay əvvəl alan 23 yaşlı gənc üçüncü dəfərdir sürət rejimini pozduğu üçün məhkəməlik olur. 

Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin çox güclü mühərriki olduğu üçün qeyri-iradi olaraq sürəti artırdığını bildirib. Onun vəkili də oxşar arqumentlə çıxış edib. 

Dövlət ittihamını müdafiə edən prokuror isə gənc sürücüyə yarızarafat, yarıciddi belə məsləhət verib: “bu maşını sat, “Renault Clio” al, istəsən də bərk sürə bilməyəcəksən”.

Hakimin qərarı isə başqa cür olub. Sürücü 600 avro cərimə olunub, 1 ay sürücülük hüququndan məhrum edilib. Bu müddət bitdikdən sonra isə o, ləğv edilmiş sürücülük vəsiqəsinin bərpası üçün yenidən nəzəri imtahan verməlidir.

Vüqar Yaşaroğlu

Chosen
29
1
avtosfer.az

2Sources