EN

Soçi rusların daxili tətilləri üçün ən bahalı istiqamət kimi tanınıb...

...Həm yol, həm də yaşayış xərcləri ilə bağlı qiymətlər qalxıb. Soçi ölkə daxilində ən bahalı yay tətilləri siyahısına başçılıq edir.

SİA-nın məlumatına görə, Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) vitse-prezidenti və “Delfin” turoperatorunun baş direktoru Sergey Romaşkinin sözlərinə görə, artım təxminən 13-14 faiz təşkil edib.

İyun ayında iki nəfərlik 3 ulduzlu oteldə yerləşmə 9 min civarında olacaq.

İyul və avqust aylarında sırasıyla 11 min və 13 minə yüksəlməsi gözlənilir.

Nəticədə, iyun ayında on günlük bir tur üçün təxminən 90 min rubl ödəməli olacaqsınız.

Soçiyə gediş haqqı da artıb.

İyun ayında Moskvadan Soçiyə uçuş adambaşına 20 min rubla başa gələcəksə, avqustda 25 min rubla başa gələcək. Nəticədə, üç nəfərlik bir ailə səyahət də daxil olmaqla, tətil üçün təxminən 200 min rubl ödəyəcək.

Əvvəllər bildirilirdi ki, bu il Soçidə uşaqlarla tətil üçün 40 faiz az turlar bron edilib.

Mütəxəssislər qeyd edirlər ki, ən çox ailələr ailəvi tətilə Rusiyanın cənubundakı artıq tanış olan kurort bölgələrinə gedirlər.

Nazlı Almuradova

Chosen
35
1
sia.az

2Sources