EN

Mingəçevirdə ağır yol qəzası baş verdi, ölən və yaralananlar var

MİNGƏÇEVİR, 15 iyun. TELEQRAF

Mingəçevirdə baş verən ağır yol qəzası nəticəsində ölən və xəsarət alanlar var.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində, Yüksək Texnologiyalar Parkı yaxınlığında baş verib.

Minik avtomobilinin betonqarışdıran maşınla toqquşması nəticəsində bir kişi ölüb, daha iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma başlanılıb.

Chosen
82
23
teleqraf.com

10Sources