EN

Gəncədə kişi güllələnərək öldürüldü

Gəncə şəhərində orta yaşlı kişi güllə yarasından ölüb.

Bu barədə “Report”un Qərb bürosu xəbər verir.

Məlumata görə, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü V.Əhmədov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun qətlə yetirildiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Chosen
10
8
musavat.com

10Sources