EN

"Fənərbaxça" rusiyalı futbolçunu istəyir

"Fənərbaxça" Moskva ÇSKA-sının yarımmüdafiəçisi Matvey Kislyaka maraq göstərir.

Sportal.az xəbər verir ki, bu barədə TRT Spor məlumat yayıb. Mənbənin bildirdiyinə görə, Türkiyə klubu 19 yaşlı futbolçunun mümkün transferi ilə bağlı şərtləri araşdırıb. Qeyd olunur ki, "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo rusiyalı oyunçu haqqında müsbət fikirə malikdir və onun yarımmüdafiənin bir neçə mövqeyində çıxış edə bilməsini yüksək qiymətləndirir.

ÇSKA Kislyak üçün 20–25 milyon avro tələb edir.

Ötən mövsüm 19 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Moskva təmsilçisi ilə olan hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Transfermarkt portalı Kislyakın bazar dəyərini 8 milyon avro olaraq qiymətləndirir.

saytlarin hazirlanmasi

Chosen
22
3
sportal.az

4Sources