ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın bir çox sahil əraziləri, o cümlədən Florida və Nyu-York ştatları 2050-ci ilə qədər su altında qala bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" nəşri qeyri-kommersiya təşkilatı olan "Climate Central"ın məlumatlarına istinadən yazıb.
Məqalədə bildirilir: "Onların yeni interaktiv xəritəsi ABŞ sahil şəhərləri üçün qaranlıq ssenarini göstərir. Gözlənilir ki, bu şəhərlərin bir çoxu 2050-ci ilə qədər suyun altında qalacaq".
Alimlərin proqnozuna əsasən, Nyu-York və Florida ilə yanaşı, Luiziana və Corciya ştatlarını da su basma təhlükəsi gözləyir. Bundan əlavə, bu qlobal fəlakət Florida ştatındakı Evergleyds bataqlığı və ya Azadlıq heykəlinin yerləşdiyi Nyu-Yorkdakı Liberti adası kimi məşhur məkanlara da təsir edə bilər.
Aydın
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.