EN

“Palmeyras”dan maksimum nəticə! - İCMAL

Libertadores Kubokunun (LK) qrup mərhələsi sona çatdı.

"Football-plus.az" xəbər verir ki, mayın 28-30-u aralığında bu mərhələnin 6-cı turu keçirildi. Sonuncu tur ərəfəsində 1/8 finalın 9 iştirakçısı məlum idi. Başqa sözlə, həlledici turda 7 vəsiqənin sahibi müəyyənləşdi.

Qeyri-sabit çıxış edən LK-nın sonuncu qalibi çətin vəziyyətə düşmüşdü. “Botafoqo” A qrupunda 3-cü yerdə idi. Braziliya klubu pley-offa çıxmaq üçün sonuncu tur ərəfəsində 10 xalla lider olan “Universidad de Çili”yə evdə qalib gəlməli idi. Rio de janeyrolular çətinliklə də olsa, buna nail oldular. Qeyd edək ki, onlar müdafiəçi Jairin kobud oyununa görə 27-ci dəqiqədə azlıqda qaldılar. Buna baxmayaraq, “Botafoqo” İqor Jezusun fasilə ərəfəsində vurduğu qolla hesabı açdı. Renato Payvanın komandası əzmkarlıq nümayiş etdirərək qələbə hesabını qorudu. Çətin qələbə son çempionun pley-offa 2-ci yeri tutmaqla çıxışını təmin etdi. Bu qrupda “Estudiantes” də 12 xal topladı. Argentina klubu topların daha yaxşı fərqinə əsasən 1-ci yeri tutdu. 3-cü yerə düşən “Universidad de Çili” isə mübarizəni Sudamerikana Kubokunda (SK) davam etdirəcək.

B qrupunda “River Pleyt” sonuncu tur ərəfəsində 1/8 finala çıxmış, hətta liderliyi də təmin etmişdi. 2-ci yerin sahibi “Universitario” oldu. Peru klubu “İndependyente del Valye”ni topların daha yaxşı fərqinə əsasən üstələdi.

C qrupunda bütün suallara məhz 6-cı turda cavab tapıldı. Sonuncu tura 11 xalla lider kimi başlayan “Sentral Kordoba” səfərdə “LDU Kito”ya üç cavabsız qolla məğlub oldu. “Flamenqo” isə autsayder “Deportivo Taçira”ya 1:0 hesabıyla qalib gəldi. Qrupun yekun cədvəlində üç komandanın 11 xalı oldu. “Sentral Kordoba” topların fərqinə görə 3-cü yerə düşərək SK-ya yollandı.

Qeyd edək ki, “Deportivo Taçira” qrup mərhələsinin bütün oyunlarında uduzan yeganə komanda oldu.
D qrupunda “San Paulu” 4-cü turda azarkeşlərini erkən sevindirmişdi. Növbəti turda Braziliya klubu evdə “Libertad” ilə 1:1 hesabına razılaşmış, bu nəticə Paraqvay klubunun da 1/8 finala çıxması üçün kifayət etmişdi. Bu qrupda 3-cü yerin sahibi “Alyansa Lima” oldu.

E qrupunda sonuncu turdan əvvəl bütün sualların cavabı məlum idi. “Rasinq” və “Fortaleza” pley-offda, “Atletiko Bukaramanqa” isə 3-cü yerin sahibi kimi SK-da oynayacaq.

F qrupunda “Atletiko Nasyonal” 5-ci turda ən güclü 16 komanda sırasına çıxışını təmin etmişdi. “Nasyonal”a uduzan Kolumbiya klubu 3-ci yeri tutdu. Qrup lideri isə “Bayya”nı 2:1 hesabıyla məğlub edən “İnternasyonal” oldu. Braziliya derbisində uduzan “Bayya” SK-da oynayacaq.

G qrupunda yarışan “Palmeyras” azarkeşlərini ardıcıl qələbələrlə sevindirməyə davam edir. Artıq 4-cü turda pley-offa vəsiqə ilə yanaşı, qrup liderliyini də təmin edən Abel Ferreyranın komandası hesabat turunda “Sportinq Kristal”ın qapısından 6 cavabsız top keçirdi. LK-nın favoritləri sırasında olan Braziliya nəhəngi qrup mərhələsində xal itirməyən yeganə komanda oldu. Bu qrupdan 2-ci vəsiqəyə “Serro Portenyo” sahib çıxdı.

H qrupunda da sonuncu tur ərəfəsində bütün komandaların aqibəti müəyyənləşmişdi. Bir daha qeyd edək ki, “Veles Sarsfild” ilə “Penyarol” 1/8 finalda, “San Antonio de Bulo Bulo” SK-da oynayacaq.

Beləliklə, ilk oyunları avqustun 12-14-ü aralığında keçiriləcək 1/8 finalda cütlər belə formalaşdı: Fortaleza - Veles Sarsfild, Atletiko Nasyonal – San Paulu, Penyarol – Rasinq, Serro Portenyo – Estudiantes, Flamenqo – İnternasyonal, Botafoqo RJ – LDU Kito, Libertad – River Pleyt, Universitario – Palmeyras.

qrup mərhələsi, 6-cı tur
A qrupu
Botafoqo RJ (Braziliya) - Universidad de Çili (Çili) 1:0

İqor Jezus, 38.

Estudiantes (Argentina) - Karabobo (Venesuela) 2:0
Setre, 10. L.Ximenes, 24.

1. Estudiantes 6 4 0 2 11-5 12
2. Botafoqo RJ 6 4 0 2 8-5 12
3. Universidad de Çili 6 3 1 2 8-6 10
4. Karabobo 6 0 1 5 2-13 1

B qrupu
River Pleyt (Argentina) - Universitario (Peru) 1:1

Kolidio, 36 - Konça, 45+2.

İndependyente del Valye (Ekvador) - Barselona (Ekvador) 2:1
Merkado, 64. İbarra, 69 – F.Kaysedo, 24.

1. River Pleyt 6 3 3 0 13-7 12
2. Universitario 6 2 2 2 4-4 8
3. İndependyente del Valye 6 2 2 2 8-11 8
4. Barselona 6 1 1 4 4-7 4

C qrupu
Flamenqo (Braziliya) - Deportivo Taçira (Venesuela) 1:0

Leo Pereyra, 66.

LDU Kito (Ekvador) - Sentral Kordoba (Argentina) 3:0
Alvarado, 15. Alsuqaray, 44; 53.

1. LDU Kito 6 3 2 1 8-4 11
2. Flamenqo 6 3 2 1 6-3 11
3. Sentral Kordoba 6 3 2 1 7-7 11
4. Deportivo Taçira 6 0 0 6 4-11 0

D qrupu
San Paulu (Braziliya) – Talyeres de Kordoba (Argentina) 2:1

Sabino, 26. Lusiano, 84 – Xirotti, 39.

Libertad (Paraqvay) - Alyansa Lima (Peru) 2:2
O.Kardoso, 45+5-p. İ.Ramires, 63 – P.Gerrero, 28. Kastilyo, 42.

1. San Paulu 6 4 2 0 10-4 14
2. Libertad 6 2 3 1 6-5 9
3. Alyansa Lima 6 1 2 3 7-11 5
4. Talyeres de Kordoba 6 1 1 4 5-8 4

E qrupu
Rasinq (Argentina) - Fortaleza (Braziliya) 1:0

A.Martines, 90+4.

Kolo Kolo (Çili) - Atletiko Bukaramanqa (Kolumbiya) 1:0
X.Korrea, 26.

1. Rasinq 6 4 1 1 14-3 13
2. Fortaleza 6 2 2 2 8-5 8
3. Atletiko Bukaramanqa 6 1 3 2 6-10 6
4. Kolo Kolo 6 1 2 3 5-15 5

F qrupu
İnternasyonal (Braziliya) - Bayya (Braziliya) 2:1

Vitinyo, 58. Borre, 77 – Jean Lukas, 54.

Nasyonal (Uruqvay) - Atletiko Nasyonal (Kolumbiya) 1:0
Oliva, 88.

1. İnternasyonal 6 3 2 1 12-8 11
2. Atletiko Nasyonal 6 3 0 3 7-6 9
3. Bayya 6 2 1 3 5-7 7
4. Nasyonal 6 2 1 3 7-10 7

G qrupu
Palmeyras (Braziliya) - Sportinq Kristal (Peru) 6:0

Estevao, 32. Flako Lopes, 39; 45+2. Rafael Veyqa, 64. Paulinyo, 71. F.Torres, 80.

Bolivar (Boliviya) - Serro Portenyo (Paraqvay) 4:0
D.Romero, 41. Melqar, 45+2. Pato Rodriges, 50. Fabio Qomes, 80.

1. Palmeyras 6 6 0 0 17-4 18
2. Serro Portenyo 6 2 1 3 7-11 7
3. Bolivar 6 2 0 4 12-11 6
4. Sportinq Kristal 6 1 1 4 6-16 4

H qrupu
Penyarol (Uruqvay) - Veles Sarsfild (Argentina) 0:0


Olimpiya (Paraqvay) - San Antonio de Bulo Bulo (Boliviya) 4:0
Redes, 52. Legisamon, 53. D.Qonsales, 56. E.Lopes, 82.

1. Veles Sarsfild 6 3 2 1 11-4 11
2. Penyarol 6 3 2 1 9-4 11
3. San Antonio de Bulo Bulo 6 2 0 4 5-15 6
4. Olimpiya 6 1 2 3 9-11 5

Bombardirlər: Alan Patrik (İnternasyonal), Barkos (Alyansa Lima), Vaka (Bolivar) – 5.

Chosen
3
2
football-plus.az

10Sources