İyunun 15-də görkəmli teatr və kino aktrisası, Bakı Bələdiyyə Teatrının yaradıcısı, Xalq artisti, Dövlət mükafatları laureatı, "Şərəf" və "Şöhrət" ordenli Amaliya Pənahovanın (1945-2015) anadan olmasının 80 illiyi tamam olub.
Mia.az xəbər verir ki, bu münasibətlə mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirliyin əməkdaşları və tanınmış incəsənət xadimləri Amaliya Pənahovanın məzarını ziyarət ediblər. Sənətkarın və ömür-gün yoldaşı, aktyor, Xalq artisti Yusif Muxtarovun məzarları üzərinə gül dəstələri düzülüb.