EN

İrana hücum olacağını Pentaqona pizza sifarişi faş etdi

26 min işçisi olan ABŞ-ın əsas hərbi binasına iyulun 12-dən 13-nə keçən gecə yüzlərlə pizza  sifarişi verilib  

“İsrail İrana zərbə endirməzdən bir neçə saat əvvəl  Pentaqona pizza sifarişlərinin sayı kəskin artıb”. Musavat.com xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb. Məlum olub ki, iyunun 12-dən 13-nə keçən gecə Pentaqonda gərgin iş gedib.  Məhz bu səbəbdən Pentaqon ərazisinə gözlənilmədən kütləvi pizza sifarişləri olub.  “Bild” yazır ki, ABŞ-da X sosial şəbəkəsinin istifadəçiləri Pentaqonun yaxınlığında yerləşən pizzacıların sifarişlərinin sayına ciddi fikir verən olsaydı, yəqin ki, hər kəsdən əvvəl  İsrailin İrana qarşı hücumunu proqnozlaşdıra bilərdi.

Tehrandakı ilk partlayışlardan təxminən bir saat əvvəl sosial şəbəkədə X "Pentagon Pizza Report" hesabında ABŞ Müdafiə Nazirliyinin ərazisində ərzaq çatdırılması sifarişlərində nəzərəçarpacaq artım qeydə alınıb.

Cümə axşamı gecəsi (yerli vaxtla) pizza sifarişi indeksinə yazıblar: "Pentaqon ərazisindəki demək olar ki, hər bir pizzacı saat 18:59-da aktivliyin kəskin artdığını bildirdi". Hətta yaxınlıqdakı bar qeyri-adi dərəcədə boş idi, bu da nazirlikdə qeyri-adi gərgin gecənin başqa əlaməti idi. Nəzəriyyə ondan ibarətdir ki, beynəlxalq böhran yaxınlaşdıqda, Pentaqonun bir çox işçisi iş vaxtından artıq işləməyə və pizza sifariş etməyə məcbur olur.

Turkish

Keçən il də İsrailin İrana hücumu zamanı Pentaqon ərazisində pizza sifarişlər kəskin şəkildə artıbmlş. Həmçinin 1989-cu ildə ABŞ-ın Panama işğalından və 1991-ci ildə İraq müharibəsindən əvvəl, müxtəlif hesabatların göstərdiyi kimi, pizzaya tələbat nəzərəçarpacaq dərəcədə yüksək olub.

116.000 kvadratmetr sahəsi olan bu nəhəng bina dünyanın ən böyük ofis binalarından biridir. Vaşinqtonun kənarında yerləşir.

Ofis və anbarların sahəsi 320 min kvadratmetrdir. Bütün yeddi mərtəbəsi (5 yerüstü, 2 yeraltı) və dayanacaqları olan bütün ərazinin sahəsi 600.000 m²-dir. 

Pentaqonun işçilərinin sayı təxminən 26 min nəfərdir. Onların ofislərində 85 mindən çox telefon, həmçinin 19 lift var.

Obyektin tikintisinə 1941-ci il sentyabrın 11-də başlanılıb. 

Bütün layihənin dəyəri 83 milyon dollar təşkil edirdi (indiki məzənnə ilə bu, təxminən 1,3 milyard dollar). Tikinti üçün Potomak çayının dibindən çıxarılan 620 min ton qum və çınqıl, 330 min m³ beton istifadə olunub. Maraqlıdır ki, tikinti zamanı poladdan istifadə məhdud idi.

Burada ABŞ ordusu, ABŞ Hərbi Dəniz Qüvvələri, ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Dəniz Piyadaları Korpusunun şöbələri, həmçinin Baş Qərargah və Müdafiə Naziri yerləşir. ABŞ-ın bütün hərbi əməliyyatları burada əlaqələndirilir, planlanır və təhlil edilir.

Pentaqonu fərqləndirən onun qeyri-adi formasıdır. Bina beşbucaqlıdır və çox alçaqdır.  Pentaqonun layihəsini hazırlayan memarlar Corc Berqstrom və David Vitmerdir. 

Musavat.com   

Chosen
18
1
musavat.com

2Sources