“İsrail İrana zərbə endirməzdən bir neçə saat əvvəl Pentaqona pizza sifarişlərinin sayı kəskin artıb”.
Publika.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb. Məlum olub ki, iyunun 12-dən 13-nə keçən gecə Pentaqonda gərgin iş gedib. Məhz bu səbəbdən Pentaqon ərazisinə gözlənilmədən kütləvi pizza sifarişləri olub. “Bild” yazır ki, ABŞ-da X sosial şəbəkəsinin istifadəçiləri Pentaqonun yaxınlığında yerləşən pizzacıların sifarişlərinin sayına ciddi fikir verən olsaydı, yəqin ki, hər kəsdən əvvəl İsrailin İrana qarşı hücumunu proqnozlaşdıra bilərdi.
Tehrandakı ilk partlayışlardan təxminən bir saat əvvəl sosial şəbəkədə X "Pentagon Pizza Report" hesabında ABŞ Müdafiə Nazirliyinin ərazisində ərzaq çatdırılması sifarişlərində nəzərəçarpacaq artım qeydə alınıb.
Cümə axşamı gecəsi (yerli vaxtla) pizza sifarişi indeksinə yazıblar: "Pentaqon ərazisindəki demək olar ki, hər bir pizzacı saat 18:59-da aktivliyin kəskin artdığını bildirdi". Hətta yaxınlıqdakı bar qeyri-adi dərəcədə boş idi, bu da nazirlikdə qeyri-adi gərgin gecənin başqa əlaməti idi. Nəzəriyyə ondan ibarətdir ki, beynəlxalq böhran yaxınlaşdıqda, Pentaqonun bir çox işçisi iş vaxtından artıq işləməyə və pizza sifariş etməyə məcbur olur.
Keçən il də İsrailin İrana hücumu zamanı Pentaqon ərazisində pizza sifarişlər kəskin şəkildə artıbmlş. Həmçinin 1989-cu ildə ABŞ-ın Panama işğalından və 1991-ci ildə İraq müharibəsindən əvvəl, müxtəlif hesabatların göstərdiyi kimi, pizzaya tələbat nəzərəçarpacaq dərəcədə yüksək olub.
116.000 kvadratmetr sahəsi olan bu nəhəng bina dünyanın ən böyük ofis binalarından biridir. Vaşinqtonun kənarında yerləşir.