EN

İran – yerlə-yeksan

İran xarici işlər naziri Abbas Araqçı İranın nüvə silahından imtina etməyə hazır olduğunu bəyan edib. Nə baş verir?

“Yüksələn Şir” əməliyyatı çərçivəsində non-stop rejimində İrana zərbələr endirilir. Son günlər ərzində 100-dən çox hərbi, o cümlədən nüvə infrastrukturuna zərbələr endirilib.

Son iki saat ərzində İsrail Müdafiə Qüvvələri Tehranın paytaxtını və hökumət binalarını intensiv şəkildə bombalayır, zərbələrin hədəfi bu gün:

– İran Hərbi-Hava Qüvvələrinin qərargahı;

– Tehran polisinin qərargahı;

– İran Atom Enerjisi Təşkilatının qərargahı;

– Kəşfiyyat Nazirliyi;

– SEPAH-ın qərargahı;

– İran parlamentinin binası.

Tehranda SEPAH-ın Kəşfiyyat Təşkilatının binasına edilən hücum nəticəsində təşkilatın rəhbəri Məhəmməd Kazımi və onun müavini Həsən Mohəqqiq dağıntılar altında qalıb. Onların həyatda olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Bundan əlavə İranda bütün radiolokasiya sistemlərini istehsal edən “Shiraz Electronics İndustries” və PUA-ları (Şahed) istehsal edən İsfahan zavoduna da çox güclü zərbələr endirilib.

Ayrıca bunu da qeyd etmək lazımdır ki, Məşhəd şəhərində yerləşən hava limanına zərbə endirilib. Məşhəd İranın ən cənub şəhəridir və İsraildən Məşhədə qədər məsafə 2300 km-dir.

Qayıdaq Abbas Araqçının bəyanatına. İran indi nə desələr qəbul edər, amma artıq gecdir. İsrail faktiki olaraq İranın bütün hərbi infrastrukturunu məhv edir.

Chosen
12
1
vaxt.az

2Sources