EN

Murad Musayevdən sonra gələnlər - nə Renduliç, nə də Berezutski

"Sabah"da daha bir məşqçi ayrılığı gerçəkləşib. Vasili Berezutski ailə məsələləri ilə əlaqədar ölkəmizi tərk eləmək qərarına gəlib. Mətbuatda yayılan məlumatlara görə, buna həyat yoldaşının səhətində yaşanan problemlər səbəb olub. O, Rusiyada müalicə alan həyat yoldaşının yanında olmağa qərar verib. 

Berezutski ölkəmizdə qısa müddət çalışsa da, adını həmişəlik "Sabah"ın tarixinə yazdırıb getdi. O, kluba ilk titulunu qazandırdı, ölkə kubokunun qalibi oldu. 

Nəticə ilə götürsək, Berezutskini uğurlu məşqçi kimi xatırlamalı olacağıq. Lakin onun "Sabah"ını mütəxəssis gözüylə təhlil etsək, hər şey heç də rəvan getmirdi. Daha çox güc futboluna üstünlük verən Berezutski "Sabah"ın yaradıcılıq potensialından yararlana bilmirdi. Heyətində bu qədər kreativ futbolçu olan kollektiv "heç-heçələr komandası"na çevrilmişdi. Komandanın aparıcı oyunçusu Mikelsi ehtiyat skamya oyunçusu etmişdi və s. 

Murad Musayevdən sonra gələnlər onun yerini doldura bilmədilər. Nə Renduliç, nə də Berezutski həmin effekti vermədi. Hərçənd, mövsümün gəlişində gələn hər iki məşqçi tapşırığın öhdəsindən gələ bildi. Lakin komandanın oyun keyfiyyəti Murad Musayevin vaxtındakına heç bənzəmədi. 

Vasili Berezutski "Sabah"ın Premyer Liqa tarixində 7-ci mövsümdə 8-ci baş məşqçi idi. Bu, yaxşı statistika deyil. "Sabah" yaxşı heyətə, geniş imkanlara rəğmən, son illər mövsümü xilas etməklə məşğuldur. Bir tərəfdən rəhbərliyin çətin situasiyadan çıxmaq bacarığı müsbət məqam kimi qeyd edilməlidirsə, digər tərəfdən bu cür nəticə qazanılmasının nə vaxtsa mümkün olmayacağı da deyilməlidir. 

"Sabah" ölkəmizi Avropa Liqasında təmsil etdiyi və klublarımız arasında mübarizəyə ən tez başlayacağı üçün baş məşqçi təyinatını yubatmayacaq. Ümid edək ki, rəhbərliyin budəfəki seçimi həm Renduliçdən, həm də Berezutskidən daha yaxşı olacaq. 

Həmid

saytlarin hazirlanmasi

Chosen
32
2
sportal.az

3Sources