EN

Goranboyda avtomobil aşdı - Yaralılar var

Goranboyda yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Səfikürd kəndinin yaxınlığında baş verib. Hərəkətdə olan "VAZ-2107" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə minik maşınında olan 3 nəfər -  sürücü 1998-ci il təvəllüdlü R.Dadaşov, sərnişinlər 1988-ci il təvəllüdlü L.Əzimov və 1990-ci il təvəllüdlü T.Allahverdiyev xəsarət alaraq xəstəxanaya aparılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Tural Əhmədov

Chosen
12
36
unikal.az

10Sources