EN

Göygöl rayonunda Qurtuluş Günü ilə bağlı dəyirmi masa keçirildi - FOTOLAR

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli Qurtuluş - Sabitliyin və Suverenliyin Zəmanətidir” mövzusunda keçirilən dəyirmi masada Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ziyalıları və QHT nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları öncə, Ulu Öndərin Göygöl şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ucaldılmış abidəsini ziyarət ediblər, sonra Heydər Əliyevin muzeyi ekskursiya olunub. Dəyirmi masada əvvəlcə ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Ulu Öndərin 15 iyunla bağlı fikirlərindən sitatlarla qısa videoçarx təqdim olunub.

Dəyirmi masada giriş nitqi ilə çıxış edən Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev qeyd edib ki, 1993-cü ilin məhz bu günü xalqın iradəsi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanma təhlükəsindən xilas etdi, sabitlik və inkişafın əsası qoyuldu. Bu tarixi dönüş, milli dövlətçiliyimizin möhkəmlənməsi və suverenliyimizin qorunması baxımından həlledici rol oynamışdır. Məhz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin müstəqil dövlət kimi konstitusion əsasları formalaşdı və 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi yaddaşımıza, hüquqi dövlətə və milli suverenliyimizə verilən dəyərin bariz ifadəsidir. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan suverenliyini tam təmin etmiş, müstəqil və qalib dövlət kimi dünya arenasında layiqli yerini tutmuşdur.

Tədbirdə çıxış edən digər natiqlər: ATİAHİ Göygöl rayon Komitəsinin sədri Elnur Hacıyev, Rayon İcra Hakimiyyəti yanında yaranmış İctimai Şuranın sədri Ələddin Qurbanov, Qərbi Azərbaycan İcmasının Göygöl rayon nümayəndəsi Hamlet Ömərov, şəhəri 3 nömrəli tam orta məktəbin tarix müəllimi Elnarə Abbasova Milli Qurtuluş Gününün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu vurğulayaraq, həmin günün xalqımıza bəxş etdiyi töhfələrdən, əldə olunan yüksək nailiyyətlərdən və suverenliyimizdən danışıblar.

Chosen
38
49
unikal.az

10Sources