Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, yarışın 3-cü günündə 73 kq çəkidə yarışan Rəşid Məmmədəliyev 1/16 finalda Kazbek Naquçevi (BƏƏ) mübarizədən kənarlaşdırıb, 1/8 finalda isə Laşa Şavdatuaşvilini məğlub edib. O, 1/4 finalda Baysanqur Baqayevə (Serbiya), təsəlliverici qarşılaşmada isə yapon Tatsuki İşiharaya uduzub.
Qadınlardan isə Fidan Əlizadə (57 kq) 1/16 finalda serbiyalı Marika Perişiçə məğlub olub.
Qeyd edək ki, daha öncə Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (73 kq) gözlənilməz məğlubiyyətlə üzləşib. O, 1/16 finalda Portuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşıb və uduzub.
Azərbaycan dünya çempionatında 10 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunur. Yarışın ilk iki günündə kişilərin mübarizəsində Əhməd Yusifovla (60 kq) Ruslan Paşayev (66 kq), qadınlarda isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) erkən məğlub olaraq, mübarizəni medalsız başa vurublar.