AZ

Dünya çempionatı: Daha 3 cüdoçumuz mübarizəyə başlayır

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialın üçüncü günündə Azərbaycan millisinin daha 3 idmançısı tatamiyə çıxıb.

Kişilərdən Hidayət Heydərovla Rəşid Məmmədəliyev, qadınlardan isə Fidan Əlizadə 1/16 final mərhələsindən mübarizəyə qoşulacaqlar.

Dünya çempionatı
Kişilər
73 kq

Hidayət Heydərov Portuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşacaq.

Eyni çəkidə yarışan Rəşid Məmmədəliyev isə Kazbek Naquşev (BƏƏ) - Covanni Esposito (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınlar
57 kq

Fidan Əlizadə serbiyalı Marika Perişiçlə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 10 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunur. Yarışın ilk iki günündə kişilərin mübarizəsində Əhməd Yusifovla (60 kq) Ruslan Paşayev (66 kq), qadınlarda isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) erkən məğlub olaraq, mübarizəni medalsız başa vurublar.

İdman.biz

Seçilən
27
4
idman.biz

10Mənbələr