EN

İsrail Məşhəd hava limanını VURDU

İsrail Hərbi Hava Qüvvələri Məşhəd hava limanında yanacaqdaşıyan (tanker) təyyarəni vurub.

Musavat.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvələri (IDF)məlumat yayıb. 

Qeyd edək ki, Məşhəd şəhəri İsraildən təxminən 2300 kilometr məsafədə yerləşir.

Məlumata görə, bu, indiyədək İsrailin İrana endirdiyi ən uzaq məsafəli hava zərbəsidir.

İran tərəfi hələlik bu zərbə ilə bağlı rəsmi açıqlama yaymayıb. Lakin yerli mənbələr aeroportda partlayış səslərinin eşidildiyini və yanğın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığını bildirirlər.

Xatırladaq ki, son günlər ərzində İsrail və İran arasında qarşılıqlı zərbələr intensiv xarakter alıb. İsrail tərəfi bu hücumların məqsədini “İranın hərbi və nüvə infrastrukturunu zəiflətmək” kimi əsaslandırır.

Bu hücumun, xüsusilə də Məşhəd kimi strateji və uzaq bölgədə həyata keçirilməsi, qarşıdakı günlərdə İsrail-İran qarşıdurmasının daha da dərinləşəcəyinə işarə edir.

Musavat.com

Chosen
127
47
musavat.com

10Sources