Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Operativ Media xəbər verir ki, o bu barədə sosial media hesablarında paylaşım edib.
"Obamız, yuvamız, göz bəbəyimiz Azərbaycanı 15 İyun Milli Qurtuluş Günü münasibətilə ən səmimi diləklərimlə təbrik edir, bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salam və məhəbbətini çatdırıram.", - paylaşımda deyilir.