ain.az, Yenisabah portalına istinadən məlumat yayır.
Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında medal qazana bilməyib.
Yenisabah.az xəbər verir ki, Fidan Əlizadə (57 kq) 1/16 final mərhələsində Maritsa Perişiçə uduzub.
Rəşid Məhəmmədəliyev ilk raundda Kazbek Naquçevi (BƏƏ) mübarizədən kənarlaşdırıb, ardınca 1/8 finalda Laşa Şavdatuaşvilidən güclü olub. O, 1/4 finalda Baysanqur Baqayevə (Serbiya), təsəlliverici qarşılaşmada isə yapon Tatsuki İşiharaya məğlub olub.
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.